Güney azərbaycanlı jurnalistlər Yavər Sultani və Fərid Məhəmmədnəjad 1 il azadlıqdan məhrum ediliblər.
Teleqraf.com xəbər verir ki, bu barədə jurnalist Fərid Məhəmmədnəjadın özü məlumat yayıb.
Bundan əvvəl, jurnalistlər fars şairi Əbülqasım Firdovsinin irqçi fikirlərini tənqid etdiklərinə, eləcə də əkinçilik sahələrinin mühacirlərə verilməsi barədə yazdıqları məqalələrə görə İranın təhlükəsizlik orqanlarının təzyiqlərinə məruz qalıblar.
Yavər Sultani və Fərid Məhəmmədnəjad Firdovsinin Maku şəhərində ucaldılan heykəlinin qaldırılması ilə bağlı yazdıqları reportaja görə iyulun 13-də İran Silahlı Qüvvələrinin (SEPAH) kəşfiyyat idarəsinin əməkdaşları tərəfindən saxlanılmış, daha sonra müvəqqəti azadlığa buraxılmışdılar.