Şirvan şəhər polis şöbəsinə avqustun 13-də şəhər ərazisindəki evlərin birindən 1960 manat dəyərində məişət əşyalarının oğurlanması barədə müraciət daxil olub.
Teleqraf.com xəbər verir ki, polis əməkdaları tərəfindən aparılan araşdırmalarla oğurluğun Gəncə şəhər sakini A.Səfərov tərəfindən törədilməsi müəyyən edilib.
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində A.Səfərov Gəncə şəhəri ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb.
Bundan başqa, Şirvan şəhər polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində 4 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Şirvan sakinləri F.Eyvazov və Q.Xəlilov tutulub.