Masallı rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Masallı rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 150 manat pul, məişət əşyaları, ov tüfəngi, 3 ədəd patron, bir torpaq sahəsindən isə generator oğurlamaqda şübhəli bilinən Gəyəçöl kənd sakini, əvvəllər məhkum olunmuş V.Bayramov saxlanılıb.