Bakıda əxlaqsızlıq yuvası təşkil edən qadın həbs olunub.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Gülməmmədova Cəmilə Vidadi qızının paytaxt ərazisində bir neçə ünvanda yüngül həyat tərzi keçirən qadınları kişi müştərilərə görüşdürməsi, həmçinin onların görüşməsi üçün mənzil təşkil etməsi üzə çıxıb.
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Cəmilə Gülməmmədova həbs olunub.
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) və 244.2.1-ci (təkrar əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə ittiham elan edilib.
Istintaq orqanı tərəfindən Cəmilə Gülməmmədovanın barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Nərimanov rayon Məhkəməsinə təqdimat verilib.
Hakim Vüsal Qurbanovun sədrliyi ilə baş tutan iclasda istintaq orrqanını təqdimatı təmin olunub.
Cəmilə Gülməmmədovanın barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaq davam edir.