Bakının Nərimanov rayonunda əxlaqsızlıq yuvasının təşkilində ittiham olunan Kristina Orlovanın barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, cinayət işi Nərimanov rayon Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Hafiz Kamranovun icraatına verilib. Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, Kristina Orlovanın Nərimanov rayonu ərazisində bir qrup yüngül həyat tərzi keçirən qadınları kişi müştərilərlə görüşdürməklə pul qazanması müəyyən edilib.
Polisin keçirdiyi əməliyyat nəticəsində Kristina Orlova cinayət başında yaxalanıb.
İstintaq orqanı tərəfindən Kristina Orlovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.