30 Sentyabr 2020 18:50
1 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan silahlı qüvvələri bu gün saat 15:00 radələrində Tərtərin Yenikənd kəndini artilleriya atəşinə tutub.

Teleqraf.com xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Artilleriya atəşi zamanı Yenikənd sakini, Azərbaycan Respublikasının vətəndaşı Oqorodnik Lyuda Vasilyevnaya məxsus yaşayış evinin həyətinə top mərmisi düşüb. Nəticədə həyətdə olan yardımçı tikili dağılıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı erməni birləşmələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün bütün zəruri tədbirlərin görülməsi təmin ediləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər