1 Oktyabr 2020 13:40
1 297
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Xəzər rayon Polis İdarəsinin 3-cü polis bölməsinə müraciət edən Binə qəsəbə sakini N.Cəfərov sentyabrın 30-da saat 1 radələrində “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin N.Cəfərovun evində qonaq olan A.Quliyev tərəfindən qaçırılması müəyyən edilib.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən A.Quliyev həmin gün saat 2 radələrində avtomobillə birgə polis əməkdaşları tərəfindən qəsəbə ərazisində saxlanılıb.


Müəllif: Hacı Zeynalov