Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu hərbi əməliyyat işğalçı ordunun sıravi və yüksək rütbəli hərbçiləri ilə yanaşı, bir sıra tanınmış terrorçuların da məhv edilməsinə səbəb olur. Bir neçə gün öncə Xocalı soyqırımında iştirak edən terrorçu Aleksandr Arutyunyanın məhv edilməsi ilə bağlı xəbər vermişdik.
Teleqraf.com xəbər verir ki, bu dəfə növbə iş adamı Arsen Knyazyana çatıb.
Bu barədə sosial şəbəkədə işğal olunmuş Azərbaycan ərazilərində yaradılmış qondarma rejimin başçısı Araik Arutyunyan bildirib.
Məlumata görə, əslən qarabağlı olan Armen Knyazyan arvadı, uşaqları və anası ilə birgə İspaniyada yaşayıb və bizneslə məşğul olurmuş. O, sentyabrın 27-də döyüş əməliyyatları barədə məlumat alaraq Qarabağa qayıdıb. Arsen Knyazyan, həmçinin, 2016-cı ilin aprel döyüşlərində iştirak etmək üçün də Qarabağa gəlibmiş.
Qondarma rejimin başçısı A.Arutyunyan Armen Knyazyanı yaxın dostu kimi təqdim edib və onu “Artsax qəhrəmanı” adı ilə təltif edib.
Biznesmenin ölümü barədə onun dostu, rusiyalı teleaparıcı Lera Kudryavtseva da özünün “İnstaqram” hesabında məlumat paylaşıb.