13 Oktyabr 2020 14:29
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsinə oktyabrın 12-də saat 16 radələrində C.Xəndan küçəsində Bakı şəhər sakini G.Qarayevin idarə etdiyi “Priora” markalı avtomobildə olan 2 sərnişinin onu bıçaqla hədələyib, 35 manat pulunu alması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş T.Qafarov müəyyən edilərək saxlanılıb, digər bir nəfərin şəxsiyyəti müəyyən edilib.

Binəqədi rayon Polis İdarəsində əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər