19 Oktyabr 2020 14:17
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Yuxarı Nemətabad kəndi ərazisində Zaqatala rayon sakini Orxan Sadıxovun idarə etdiyi “VAZ-21144” və Bakı şəhər sakini İ.Səyyadovun idarə etdiyi “Chery” markalı avtomobillər toqquşub.

Nəticədə O.Sadıxov və sərnişini Sərxan Muradov hadisə yerində, Oruc Heydərov xəstəxanaya aparılarkən yolda ölüb, digər sürücü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov