20 Oktyabr 2020 14:05
1 044
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöl rayonunda yaşayış evinə basqın edilib.

Teleqraf.com xəbər verir ki, Göygöl rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 26-da saat 5 radələrində Qızılqaya qəsəbəsində yaşayan F.Əliyevin evinə girərək ona və həyat yoldaşına bıçaqla xəsarət yetirib, oradan 600 manat pul, mobil telefonu quldurluq yolu ilə aparmaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş A.Səmədov saxlanılıb.

Cinayətin daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov