26 Oktyabr 2020 16:06
1 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda yol-bnəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini T.Əliyev idarə etdiyi “Volkswagen” markalı avtomobillə velosipedlə yolu keçən qəsəbə sakini Məhəmməd Vəlişovu vurub.

Nəticədə velosipedçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov