28 Oktyabr 2020 13:46
903
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Xosrov kəndi ərazisində Göyçay rayon sakini Elmin Seyidov idarə etdiyi “VAZ-21154” markalı avtomobili aşırıb.

Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov