30 Oktyabr 2020 18:46
1 094
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan silahlı qüvvələrinin ağır artilleriya atəşləri nəticəsində Goranboy rayonunda meşəlik ərazidə baş vermiş yanğın söndürülüb.

FHN-dən Teleqraf.com-a bildirilib ki, Ermənistan silahlı qüvvələrinin Goranboy rayonu ərazisini ağır artilleriya qurğularından atəşə tutaraq ekoloji terror aktı törətməsi nəticəsində meşəlik zonada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional meşə təsərrüfatı mərkəzinin əməkdaşlarının səyi ilə yanğın qısa müddətdə söndürülərək sıx meşəlik əraziyə keçməsinin qarşısı alınıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər