Bakının Yasamal rayonunda “Opel” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Digər yanğın hadisəsi Tovuz rayonunun Alakol kəndində baş verib. Ümumi sahəsi 124 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Ağcabədi rayonunun Boyat kəndində isə ümumi sahəsi 168 m² olan evin mətbəxinin yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyü 5 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Hər üç yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.