7 Noyabr 2020 13:20
2 623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda bacısına xəsarət yetirməkdə ittiham olunan 1985-ci il təvəllüdlü Taleh Məmmədəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Taleh Məmmədəliyev ilə Aygün Məmmədəliyevanın arasında mübahisə yaranıb.

Mübahisə zamanı Taleh Məmmədəliyev Aygünü döyərək, ona xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Taleh Məmmədəliyevin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Taleh Məmmədəliyev özünü elan olunmuş ittiham üzrə təqsirli bilib. O, baş vermiş hadisəni belə nəql edib: “Evə gələndə bacım Aygünə evin pəncərələrini açmasını və evi havalandırmasını istədim. Aygün mənimlə kobud danışdı, evi təmizlədiyini və pəncərələri açdığı təqdirdə evin yenidən çirklənəcəyini söylədi. Bu zaman aramızda mübahisə yarandı.

Aygünün təhqiramiz ifadələr işlətməsindən əsəbləşdim. Onun bədən və ayaq nahiyəsindən şillə ilə vurdum. Otağa digər bacım Sahilə daxil oldu. Sahilə və həyat yoldaşım Xəyalə bizi ayırdılar”.

Nizami rayon Məhkəməsi hökm çıxaran zaman Taleh Məmmədəliyevin zərərçəkmiş ilə barışmasını, dəymiş ziyannın ödənilməsi, zərərçəkişin şikayəti olmaması nəzərə alınıb.

Bu səbəbdən məhkəmə Taleh Məmmədəliyevin barəsində olan cinayət işinə xitam verib. Onun barəsində ittihamedici hökm çıxarılmayıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər