Bakının Sabunçu rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabırn 15-də rayon ərazisindəki evlərin birindən 1200 ABŞ dolları, 1000 manat dəyərində kompyuter, məişət əşyaları və eynək oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini Ə.Hüseynov saxlanılıb.