21 Noyabr 2020 14:45
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda mağazadan oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, Bakının Ziya Bünyadov prospektindəki marketlərin birindən içərisində 800 manat pul olan seyf, 2300 manat dəyərində tütün məmulatı, spirtli içki və yağ oğurlanıb.

Nərimanov rayon Polis İdarəsinin 17-ci polis şöbəsi, Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsi və Xətai rayon Polis İdarəsiin əməkdaşlarının əməliyyat-axtarış tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri A.Hüseynli, R.Həsənov və Ağdam rayon sakini əvvəllər məhkum olunmuş E.Həsənov saxlanılıblar.


Müəllif: Hacı Zeynalov