Şabran rayon sakini Faiq Zülfüqarova koronavirus testinin nəticəsi pozitiv olduğuna görə ev şəraitində müalicə təyin edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib.
Lakin həmin şəxs yaşayış yerini tərk edərək, vətəndaşların sağlamlığı üçün ciddi təhlükə yaradıb.
Polis əməkdaşları tərəfindən onun törətdiyi qanunazidd hərəkətin qarşısı dərhal alınaraq, yaşadığı ünvana qaytarılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.
F.Zülfüqarovun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Şabran rayon polis şöbəsinin istintaq bölməsində araşdırmalar aparılır.