1 Dekabr 2020 13:46
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Ələt qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Əhməd Qədirov idarə etdiyi “Hyundai” markalı yük avtomobilini qarşıda gedən Lənkəran rayon sakini M.Hümmətovun idarə etdiyi “KamAZ” markalı avtomobilinə vurub.

Nəticədə Ə.Qədirov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov