3 Dekabr 2020 12:35
303

Biləsuvarda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, rayonun Çaylı kəndi ərazisində rayon sakini C.Hüseynovun idarə etdiyi “Belarus” markalı traktorla Ağayrı kənd sakini Bəxtiyar Baxşıyevin idarə etdiyi “VAZ-21063” markalı avtomobil toqquşub.

Qəza nəticəsində xəsarət alan B.Baxşıyev və 3 sərnişini xəstəxanaya yerləşdirilsə də, sürücü orada ölüb, sərnişinlərə isə ilkin tibbi yardım göstərilib.

Faktla bağlı Biləsuvar rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov