14 Dekabr 2020 16:48
1 302
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yardımlı rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Yardımlı rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Kürəkçi kənd sakini C.Pəncəliyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin, metamfetamin və marixuana aşkarlanıb.

Davam etdirilən tədbirlərlə C.Pəncəliyevə narkotik vasitəni satmaqda şübhəli bilinən Avaş kənd sakini N.Alıyev də müəyyən edilərək saxlanılıb və şəxsi axtarış zamanı ondan da 1 kiloqramdan artıq heroin, 340 qram metamfetamin, 300 qram marixuana və 200 ədəd “Neurica-150” həbləri aşkar edilib.


Müəllif: Hacı Zeynalov