Ucar rayon polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq fəaliyyət göstərən kompüter oyunları zalı aşkar edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.
Məlumata görə, xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə obyektin sahibi də daxil olmaqla, ümumilikdə 20 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək cərimə olunublar.