17 Dekabr 2020 12:50
471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi, rayonun Bum qəsəbə sakini Tural Yaqubovun virusun yayılmasına şərait yaratdığı müəyyən edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, COVID-19 virusunun daşıyıcısı olan həmin şəxsə xəbərdarlıq edilməsinə baxmayaraq o, karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib.

Polis əməkdaşları tərəfindən həmin şəxs ictimai məkanda hərəkətdə olarkən saxlanılıb və yaşadığı ünvana geri qaytarılıb.

Tural Yaqubov barəsində Qəbələ rayon polis şöbəsinin istintaq bölməsində cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər