17 Dekabr 2020 13:07
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin sentyabr ayında Binəqədi şossesinin kənarında yerləşən qəbristanlıqda iki məzarın ətrafına çəkilmiş 2000 manat dəyərində olan dəmir məhəccərləri oğurlamaqda şübhəli bilinən paytaxt sakini R.Orucov saxlanılıb.


Müəllif: Hacı Zeynalov