Xəzər dənizində zəlzələ olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəz məlumat yayıb.
Təkanlar yerli vaxtla saat 05:26-da Qala stansiyasından 28 km şərqdə, Xəzər dənizində qeydə alınıb. Maqnitudası 3.1 olan təkanlar 62 km dərinlikdə baş verib.
Həmçinin yerli vaxtla saat 05:18-də Mingəçevir stansiyasından 21 km şimal-qərbdə, Mingəçevir rayonunda zəlzələ qeydə alınıb. Maqnitudası 3, dərinliyi isə 14 km olan zəlzələ hiss olunmayıb.