Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsinin əməkdaşlarının keçirdiyi tədbir zamanı rayon ərazisində karantin qaydalarını pozaraq fəaliyyət göstərən moda evi aşkar edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Belə ki, 28 may küçəsində yerləşən binada fəaliyyət göstərən moda evinin sahibi D.Bağırova və dərzi kimi işləyən S.Mərdəliyeva 22-ci polis bBölməsinə dəvət olunub.
Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilib.