14 Yanvar 2021 11:12
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabunçu rayon Polis İdarəsinin əməkdaşları Zabrat qəsəbəsində xidmət aparan zaman karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən oyun zalı aşkarlayıblar.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, obyektin fəaliyyəti dərhal dayandırılıb.

Baxış zamanı oranın sahibi vətəndaş Nurlan Əzizli və daha 4 müştəri saxlanılaraq ərazi üzrə Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsinə gətirilib.

Müştərilər barəsində inzibati qaydada tədbirlər görülərək hər biri 200 manat cərimə ediliblər və onlarla profilaktik söhbətlər aparılıb.

Oyun zalının sahibi N.Əzizlinin etdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün barəsində toplanan materiallar məhkəmə orqanına göndərilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər