Sabirabad rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Sabirabad rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 14-də Axtacı Muğan kəndi ərazisində yerləşən zavodun anbarından 62 ədəd elektrik mühərrikini və 40 metr elektrik naqilini oğurlamaqda şübhəli bilinən kənd sakini M.Ağayev saxlanılıb.