Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Şəmkir rayonunda əməliyyat keçirib.
Teleqraf.com xəbər verir ki, idarə əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Şəmkir rayonu ərazisində Mahmudlu kənd sakini S.Əsədov həbs olunub.
Ondan “Makarov” markalı tapança və 1 ədəd patron darağı aşkar edilib.