Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşları tərəfindən yanvarın 19-da Corat qəsəbəsi ərazisində qəsəbə sakini İ.Balakişiyevə məxsus restoranın fəaliyyət göstərməsi müəyyən edilib.
Teleqraf.com xəbər verir ki, İ.Balakişiyev barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib olunaraq şəhər məhkəməsinə göndərilib.
Orada olan 15 nəfər müştəri barəsində isə protokollar tərtib olunaraq hər biri 200 manat cərimə ediliblər.