Bakının Nərimanov rayonu ərazisində intihar hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə bu gün 15:10 radələrində baş verib.
Hələlik kimliyi dəqiqləşməyən qadın özünü hündürmərtəbəli binadan atıb. Hadisə Əliyar Əliyev küçəsində, "Azenko" binalarının birində yaşanıb.
On beşinci mərtəbədən özünü atan qadının hansı səbəbdən intihar etməsi barədə məlumat yoxdur.
Avtomobilin üzərinə düşən qadının elə hadisə yerindəcə keçindiyi bildirilir.