28 Yanvar 2021 16:28
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ərazisində qanunsuz silahlı birləşmə tərkibində iştirak etməkdə təqsirləndirilən erməni əsilli Xosrovyan Alyoşa Aramaisoviç barəsində cinayət işi başlanılıb.

Teleqraf.com xəbər verir ki, onun barəsində müvafiq qərar qəbul edilməsi üçün istintaq orqanı tərəfindən Səbail rayon Məhkəməsinə vəsatət verilib.

Vəsatət hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Vəsatətə baxılması üçün məhkəmə baxışı yanvarın 29-na təyin olunub.

Alyoşa Xosrovyana Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) 276 (casusluq), 279.1-ci ( Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə) 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq) maddələri ilə ittiham verilib.


Müəllif: Hacı Zeynalov