8 Fevral 2021 15:14
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın Yasamal rayonunda qazi adı ilə vətəndaşlara yaxınlaşaraq insanlardan pul istəyən şəxs saxlanılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı bu əməli törətməkdə şübhəli bilinən vətəndaş Elbrus Hüseynov tutulub.

Polis Bölməsində araşdırma aparılan zaman onun ümumiyyətlə heç bir hərbi əməliyyatda iştirak etmədiyi məlum olub.

Elbrus Hüseynov qolundakı tibbi sarğıya baxış zamanı zədə və yaralanma əlamətləri də aşkar edilməyib.

Qəsdən insanları aldatmaq və guya Vətən Müharibəsi qazisi görüntüsü yaratmaq üçün qolunu sarıyan Elbrus Hüseynov barəsində 26-ci polis bölməsində araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər