15 Fevral 2021 16:14
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımızda Ermənistan ordusunun atıb qaçdığı odlu silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.

Məlumata görə, Ağdam rayon polis şöbəsinin əməkdaşları rayonun Güllücə kəndi ərazisində xidmətdə olarkən məhv edilmiş düşmən ordusunun vaxtilə qurduğu səngər və istehkamlara baxış keçiriblər.

Tədbir zamanı erməni hərbçilərin atıb qaçdığı 9 ədəd əl qumbarası, 9 ədəd qumbara alışdırıcısı və 1 ədəd RPQ-18 qumbaraatanı aşkar edib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər