Bakının Nizami rayonunda fevralın 14-də xüsusi karantin rejim qaydalarına əməl etməyən kafe müəyyən olunub.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, "Cənub” kafesində 15 nəfərin "14 fevral" gününü qeyd etməsi aşkarlanıb.
İctimai iaşə obyektin icarədarı və tədbirin iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq barələrində inzibati protokollar tərtib olunub.