18 Fevral 2021 10:41
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə şəhər sakini M.Məmmədov fevral ayının 16-də rayon polis şöbəsinə ərizə ilə müraciətində naməlum şəxs tərəfindən cibindən 680 manat pulunun oğurlanması barədə məlumat verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.

Məlumatla əlaqədar polis əməkdaşları müvafiq tədbirlər yerinə yetirib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cibgirlik əməlini törətməkdə şübhəli bilinən Bərdə şəhər sakini Elxan Hacıyev saxlanılıb.

Saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Bərdə rayon polis şöbəsində cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər