Ucar rayonunda oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Ucar rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 20-də şəhər ərazisindəki inzibati binaların birində quraşdırılmış “E-manat” ödəmə terminalını sındıraraq oradan 369 manat oğurlamaqda şübhəli bilinən şəhər sakini T.Hüseynov tutulub.