3 Mart 12:15

Şabran rayonunda silahlı insident olub.

Teleqraf.com xəbər verir ki, rayon sakini Y.Mövlanovun fevralın 21-də Çaraq kəndi ərazisində bir nəfərin onu tüfənglə öldürəcəyi ilə hədələməsi və yanındakı çoban itini tüfəngdən açdığı atəşlə öldürməsi barədə müraciət edib.

Müraciətlə əlaqədar Şabran rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən kənd sakini R.Quliyev müəyyən edilərək saxlanılıb.

Ondan nömrəsi silinmiş ov tüfəngi götürülüb.


Müəllif: Hacı Zeynalov