6 Mart 2021 23:35
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yanğın baş verib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, ümumi sahəsi 500 kvadrat metr olan idman zalının ərazisində buxar otağının yanar konstruksiyaları 12 kvadrat metr sahədə yanıb.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb.

Digər otaqlar və idman zalı yanğından mühafizə olunub. Yanğın söndürülüb.


Müəllif: Teleqraf.com