Balakən sakinindən qanunsuz olaraq saxladığı ov tüfənginin götürülməsi üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində Şambul kənd sakini Rafael Saramanov saxlanılıb.
Ondan müvafiq sənədləri olmayan, qanunsuz olaraq saxladığı “İJ” markalı ov tüfəngi və həmin tüfəngə aid patronlar aşkar edilib.
Rafael Saramanov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq, baxılması üçün məhkəməyə göndərilib.