Ağstafa rayonunda bölgə müxbirlərinin barəsində cinayət işi açılıb.
Teleqraf.com xəbər verir ki, Ağstafa rayon polis şöbəsinə cari il fevral ayının 14-də və 15-də internet xəbər saytlarından birində bölgə müxbiri işləyən, əvvəllər məhkum olunmuş F.Quliyevin və Ağstafa şəhər sakini V.Zeynalovun rayon sakinləri Z.Qasımov və Z.Mustafayev barəsində sosial səbəkədə rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək onlardan 500 manat pul tələb etmələri barədə müraciət daxil olub.
Faktla bağlı Ağstafa rayon polis şöbəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.
İstintaq araşdırmaları aparılır.