Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində rayon ərazisində yerləşən ərzaq mağazalarından birindən oğurluq etməkdə şübhəli bilinən Samir İsmayılov saxlanılıb.
Bu barədə Teleaqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Araşdırma zamanı məlum olub ki, həmin şəxs Gürcüstan Respublikasında müxtəlif cinayətlər etməkdə şübhəli bilindiyi üçün həmin ölkənin hüquq-mühafizə orqanları tərəfindən axtarışdadır.
Qeyd edilən faktlarla bağlı Samir İsmayılov barəsində araşdırmalar davam etdirilir.