Mingəçevirdə intihara cəhdin qarşısı alınıb.
Teleqraf.com xəbər verir ki, hadisə axşam saatlarında Kür çayı sahilində qeydə alınıb.
Özünü körpüdən çaya atan gənc qadının intihara cəhdinin qarşısı polis əməkdaşları tərəfindən alınıb. Qadın onu xilas edənlər tərəfindən xəstəxanaya çatdırılıb.
İlkin məlumata görə, qadın maddi vəziyyəti ilə əlaqədar bu addımı atıb.