Şamaxıda silahlı insident olub.
Teleqraf.com xəbər verir ki, Şamaxı rayon polis çöbəsinə müraciət edən rayon sakini R.Kazımov martın 29-da Nağaraxana kəndi ərazisində bir nəfərin onu və tanışı olan 3 nəfəri öldürəcəyi ilə hədələyib, tüfəngdən havaya atəş açdığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən kənd sakini S.Əsgərov saxlanılıb.
Ondan “BUM” markalı ov tüfəngi götürülüb.