5 Aprel 2021 11:06
438
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar aparılan reydlər zamanı Qaraqaşlı kəndi ərazisindəki fərdi yaşayış evində yas mərasiminin keçirildiyi aşkar edilib.

Teleqraf.com xəbər verir ki, həmin ünvana baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu müəyyən edilib.

Ev sahibi və orada olan şəxslərlə izahedici söhbətlər aparılıb, bu sahədə mövcud qaydalara riayət etməyin vacibliyi bildirilib.

Polis əməkdaşları tərəfindən mərasimdə iştirak edən 8 nəfər barəsində qanuna müvafiq tədbir görülüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər