Şabran rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə COVID-19 virusuna yoluxmuş rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.
Teleqraf.com xəbər verir ki, rayon sakini R.Ağamirzəyevə koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə ev şəraitində müalicə təyin olunub və müalicə müddəti ərzində yaşayış yerini tərk etməməsi, qaydalara ciddi riayət etməsi tapşırılıb.
Polis əməkdaşları tərəfindən ev şəraitində müalicə alan COVID-19 infeksiyasına yoluxmuş şəxslərin yoxlanılması zamanı isə həmin şəxsin qaydaları pozaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib.
R.Ağamirzəyevin olduğu yer polis əməkdaşları tərəfindən qısa müddət ərazində müəyyənləşdirilib və o, yaşadığı ünvana geri qaytarılıb.
Faktla bağlı araşdırma aparılır.