17 Aprel 2021 11:36
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayon polis şöbəsinə rayonun Köhnə Alvadı kəndində yas mərasiminin təşkil edilməsi barədə məlumat daxil olub.

Teleqraf.com xəbər verir ki, polis əməkdaşları dərhal həmin ünvana gəlib, karantin rejiminin qaydaları və tələbləri bir daha orada olan şəxslərin diqqətinə çatdırılıb.

Mərasimin keçirilməsinin qarşısı alınıb.

Yas mərasimini təşkil edən və orada olan ümumilikdə 7 nəfər barəsində karantin rejiminin tələblərini pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və toplanmış material baxılmasından ötrü Masallı rayon Məhkəməsinə göndərilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər