20 Aprel 2021 00:39
341
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbələ rayonunda bədbəxt hadisə baş verib.

Teleqraf.com xəbər"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayon ərazisindəki elektrik yarımstansiyalarından birində qeydə alınıb.

Belə ki, yarımstansiyanın işçisi, 1959-cu il təvəllüdlü Nəsir Yusif oğlu Yusifov 3 saylı 10 kilovoltluq qapalı paylayıcı qurğuda işləyərkən dünyasını dəyişib. İlkin ehtimala görə, ustanın ölümünə elektrik cərəyanı vurması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com