21 Aprel 2021 12:58
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda soyğunçuluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsinə müraciət edən Bakı şəhər sakini F.Seyidova aprelin 20-də Sədərək ticarət mərkəzində bir nəfərin onun cibindən mobil telefonunu açıq talama yolu ilə apardığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş E.Səfərov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər